Bakıda həbs edilən erməni əsilli Rusiya vətəndaşı apellyasiya şikayəti verib

23-06-2017, 00:04           
Bakıda həbs edilən erməni əsilli Rusiya vətəndaşı apellyasiya şikayəti verib
Bakıda həbs edilən Rusiya vətəndaşı, erməni əsilli Marat Ueldanov barəsində olan hökmdən apellyasiya şikayəti verib.

APA-nın məlumatına görə,ilkin baxış iclası iyunun 23-nə təyin edilib. İclas Bakı Apellyasiya Məhkəməsində hakim Əflatun Qaaımovun sədrliyi ilə keçiriləcək.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, M. Ueldanov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 2016-cı il iyulun 28-də Bakıda Rusiya vətəndaşı Marat Ueldanov saxlanılıb. Ona qarşı narkotiklərin qanunsuz dövriyyəsi ittihamı irəli sürülüb. Bundan sonra Ermənistan mətbuatı və Rusiyadakı ermənipərəst KİV M. Ueldanovun bacısı Marianna Mirzoyana istinadən məlumat yayıblar ki, guya M. Ueldanov erməni olduğuna görə saxlanılıb. Bacısının dediyinə görə, Marat həyat yoldaşının soyadını götürüb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.