Bakıda maşın işıqforun qırmızı işığında keçərək qəza törədib

25-06-2017, 08:35           
Bakıda maşın işıqforun qırmızı işığında keçərək qəza törədib
Bakının Nəsimi rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report" xəbər verir ki, hadisə "Audi" markalı avtomobilin Azadlıq prospekti ilə Abbasqulu Ağa Bakıxanov küçəsinin kəsişməsindəki işıqforun qırmızı işığında keçməsi nəticəsində qeydə alınıb.
Bu zaman "Audi" digər işıqforun yaşıl işığında keçən "Nissan" markalı avtomobilə, ardınca isə "Mercedes"ə çırpılıb. Sonuncu avtomobil də öz növbəsində işıqforun dirəyinə dəyib. Qəza nəticəsində Fərid Hüseynov və Klim adlı xarici ölkə vətəndaşı müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Hər üç avtomobil deformasiyaya uğrayıb. Azadlıq prospektində maşınların sıxlığı yaşanıb.
Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları cəlb olunub. Qəzanın dəqiq səbəbləri araşdırılır.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.