Polisə 300 min təklif edən azərbaycanlı biznesmen cəzalandırılacaq

25-06-2017, 15:54           
Polisə 300 min təklif edən azərbaycanlı biznesmen cəzalandırılacaq
Polisə 300 min təklif edən azərbaycanlı biznesmeni 12 ilədək həbs gözləyir
Rusiyanın İrkutsk vilayətinin Tayşet şəhər məhkəməsi azərbaycanlı biznesmenin işinə baxır. Virtualaz.org xəbər verir ki, biznesmen polisə iri məbləğdə rüşvət təklif etməkdə ittiham olunur.

Belə ki, bu ilin martında meşələrin qanunsuz qırılması üzrə qaldırılmış cinayət işi əsasında müstəntiqlər azərbaycanlı biznesmenin sənaye bazasının ərazisində yoxlama aparıblar. Axtarış protokolunda meşə tədarükü sahəsində qanunların pozulması və əməyin təhlükəsizliyi normalarına əməl edilmədiyi barədə faktlar əksini tapıb. Bu zaman müəssisənin rəhbəri polisə protokolu “yerindəcə cırıb atmaq üçün” 300 min rubl rüşvət təklif edib. Lakin polis müstəntiqi protokolu cırıb atmaq əvəzinə biznesmenin vəzifəli şəxsə rüşvət təklif etməsinə dair yerindəcə yeni protokol tərtib edib və onun barəsində cinayət işi qaldırılıb.

İndi azərbaycanlı biznesmeni bu ittihamla 7 ildən 12 ilədək həbs cəzası, üstəlik 18 milyon rubl cərimə cəzası gözləyir.
.bizimyol.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru