Zakir Həsənov qərar verdi; hərbi qulluqçulara kompensasiya ödənəcək

26-06-2017, 21:06           
Zakir Həsənov qərar verdi; hərbi qulluqçulara kompensasiya ödənəcək
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun qərarı ilə 1994-cü il fevralın 1-dən 2010-cu il iyunun 12-dək həqiqi hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin dövrün təqvim illərində istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın hesablanması və ödənilməsi qaydaları təsdiq olunub.

Mia.az xəbər verir ki, bu haqda məlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb. Qərarın tələblərinə əsasən sənədlərin toplanması, kompensasiya məbləğinin hesablanması və ödənilməsi işinin təşkili məsul vəzifəli şəxslərdən yaradılan müvafiq komissiyalar tərəfindən həyata keçiriləcək.

İstifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanı almaq üçün hərbi qulluqçu ərizəni yalnız poçt rabitəsi xidmətləri vasitəsilə həqiqi hərbi xidmətdən buraxılarkən xidmət etdiyi hərbi hissə və ya müəssisəyə, hərbi hissə ləğv edilmişsə, onun tabeliyindəki yuxarı idarəetmə orqanına göndərməlidir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.