Azərbaycan vətəndaşı Rusiya kafelərindən birində namaz qıldığına görə cərimə olunub

27-06-2017, 09:07           
Azərbaycan vətəndaşı Rusiya kafelərindən birində namaz qıldığına görə cərimə olunub
İyunun 26-da Rusiyanın Ryazan vilayətinin Rıbnovski rayon məhkəməsi yerli kafelərdən birində namaz qılan Azərbaycan vətəndaşını cərimələyib.
"Report" xəbər verir ki, bu barədə məhkəmənin saytında məlumat yerləşdirilib.
İnsident, iyunun 23-də, cümə günü baş verib. Kişi kafelərdən birinin otağında axşam namazı qalıb. Məhkəmənin qərarına görə, bununla da o, vicdan azadlığı, dini etiqad azadlığı və dini təşkilatlar haqqında qanunvericiliyin tələblərini pozmuş olub.
Azərbaycan vətəndaşı günahını etiraf edib və bir həftədən sonra Rusiyanı tərk edəcəyini bildirib.
Bununla belə, o müqəssir bilinərək Rusiyadan çıxarılmamaq şərti ilə 3 min rubl məbləğində cərimə olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru