Əlil sərnişini təyyarəyə sürünərək qalxmağa məcbur etdilər – RƏZALƏT

28-06-2017, 13:31           
Əlil sərnişini təyyarəyə sürünərək qalxmağa məcbur etdilər – RƏZALƏT
Yaponiyanın Vanila Air aviaşirkəti əlil sərnişini təyyarəyə sürünərək qalxmağa məcbur edib.

Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, əlil arabasında hərəkət edən kişi Yaponiyanın cənubundakı Amami şəhərinə gedirmiş. Hava limanında qeydiyyat zamanı bəlli olub ki, şirkət, hərəkət imkanları məhdud olan insanlara ayrıca xidmət göstərmir. Ona elə beləcə də deyiblər: “Yeriyə bilməyən adam təyyarəyə minə bilməyəcək”.

Əlil sərnişin, onu hava limanına gətirən dostunun köməyilə təyyarənin salonuna qalxa bilib.

Amamidən geriyə qayıdarkən isə ona bildiriblər ki, təyyarəyə kənar şəxsin köməyilə qalxa bilməz, bunu o özü etməlidir. Ayaqları iflic olmuş kişi, bütün gücünü toplayaraq, trapın 17 pilləsini sürünərək qalxıb…

Qeyd edək ki, xəbər KİV-də yayılandan dərhal sonra aviaşirkət həmin şəxsdən üzr istəyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru