Kürd snayper qadın “İŞİD” gülləsindən son anda qurtuldu- VİDEO

28-06-2017, 20:41           
Kürd snayper qadın “İŞİD” gülləsindən son anda qurtuldu- VİDEO
Suriyanın Raqqa şəhərinin “İŞİD”-dən azad olunması uğrunda savaşda iştirak edən kürd qruplaşmalarından biri snayper qadının düşmən gülləsindən zorla qurtulması anını təsvir edən video-görüntü yayıb.

Moderator.az Rusiya mediasına istinadla verdiyi xəbərdə deyilir ki, kürd qadın “İŞİD” yaraqlısını “götürmək” istəyir, ancaq qarşı tərəfdən atılan güllə buna mane olur. Güllə snayper xanımın başından cəmi bir neçə santimetrlik məsafədən keçir.

Xəbərdə qeyd edilir ki, kürd yaraqlıları “İŞİD”-çilərlə mübarizədə yalnız qadınlardan ibarət dəstələrdən də istifadə edir. Çox hallarda zərif cinsin nümayəndələri nişançı qismində vuruşurlar.
[media=https://www.youtube.com/watch?v=XAyxb4zXDTA]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru