AZƏRBAYCANDA DƏHŞƏTLİ HADİSƏ: Şirkət rəhbəri və sabiq telekanal əməkdaşı öldü

28-06-2017, 23:04           

Bu gün Bakı-Qazax magistralının Hacıqabuldan keçən hissəsində baş verən dəhşətli qəzada ölən şəxslərin kimliyi dəqiqləşib. Lent.az-ın əldə etdiyi məlumata görə, Tovuzun Dondarquşçu kənd sakini, 1990-cı il təvəllüdlü Mirzəyev Orxan Novruz oğlunun idarə etdiyi "Toyota Land Cruiser" markalı, 99 XX 060 dövlət qeydiyyat nişanlı avtomobilin aşması nəticəsində sürücü və sərnişini, 1989-cu ildə anadan olmuş Abbasov Elgün İlham oğlu hadisə yerində vəfat edib. 1994-cü il təvəllüdlü Əliyev Yaşar Seymur oğlu isə ağır vəziyyətdə xəstəxanaya aparılıb.


Yüksək sürətlə hərəkət edən avtomobilin aşması nəticəsində salondakı şəxslər qırılan şüşədən yolun kənarına düşüblər.

Bildirilir ki, qəzada ölən Orxan Mirzəyev Tovuzda fəaliyyət göstərən özəl şirkətlərdən birinin direktoru olub. Elgün Abbasov isə əvvəllər ARB24 telekanalında çalışırmış.

E.Abbasovun bəzi fotolarını təqdim edirik.



*****


17:03



Bakı-Qazax yolunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, yolun Hacıqabul rayonunun Nəvahi kəndindən keçən hissəsində "Land cruiser" markalı, 99 XX 060 dövlət nömrə-nişanlı avtomobil aşıb. Nəticədə avtomobildə olan Tovuz rayon sakinləri - 1989-cu il təvəllüdlü Orxan Mirzəyev və 1990-cı il təvəllüdlü Elgün adlı şəxs aldıqları xəsarətdən hadisə yerində ölüblər, 1994-cü il təvəllüdlü Əliyev Seymur Yaşar oğlu isə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Fakt araşdırılır.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru