Ramil Usubovdan yeni təyinatlar - ƏMR

21-07-2017, 18:58           
Ramil Usubovdan yeni təyinatlar - ƏMR
Daxili işlər naziri Ramil Usubov yeni təyinatlar edib.

BakuPost.az xəbər verir ki, nazir Biləsuvar rayonunun Polis Şöbəsinin xidmət üzrə rəis müavini polkovnik leytenant Mehman Abışovu vəzifəsindən azad edərək, Cəlilabad rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini vəzifəsinə təyin olunması barədə əmr imzalayıb.

Nazirin digər əmri ilə Biləsuvar rayonunun Səmədabad Polis Bölməsinin rəisi, polkovnik-leytenant Əjdər Hacıyevi vəzifəsindən azad edərək, Cəlilabad rayon Polis Şöbəsinin əməliyyat üzrə birinci müavini , M. Abışov isə ikinci müavin təyin edilib.

Əjdər Hacıyevin yerinə isə Neftçala Rayon polis şöbəsinin qərargah rəisi polkovnik-leytenant Arif Salmanov gətirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru