Ağ evin mətbuat katibinin köməkçisi istefaya göndərilib
26-07-2017, 08:13
Ağ evin mətbuat xidmətinin keçmiş rəhbəri Şon Spayserin köməkçisi Maykl Şort istefaya göndərilib. "Report" xəbər verir ki, bu barədə müvafiq məlumatda deyilir. "Mətbuat katibi Sara Sanders Şortun istefasını qəbul edib. Biz Maykla xidmətlərinə görə minnətdarıq və ona gələcək işlərində müvəffəqiyyətlər arzulayırıq", - deyə bəyanatda bildirilir. Bundan əvvəl Şortun öz vəzifəsindən getmək barədə ərizə yazdığı xəbər verilmişdi. İyulun 21-də Şon Spayser Ağ evin mətbuat katibi postundan istefa verib.