Sükan arxasına əyləşən sürücü ilk nəyə diqqət yetirməlidir? - - Ekspert Aqil Rəhimovdan AÇIQLAMA VİDEO

Bu gün, 15:24           
Sükan arxasına əyləşən sürücü ilk nəyə diqqət yetirməlidir? -
Baku TV-nin "Necə olmalıdır?" podkastının növbəti buraxılışı yayımlanıb.

Budəfəki buraxılışda qəzalara səbəb olan sürücü davranışlarından və bu cür halların qarşısının alınması üçün sürücülərin riayət etməli olduqları məqamlardan danışılıb.

Verilişdə sükan arxasına əyləşən sürücünün ilkin olaraq nəyə diqqət yetirməli olduğu, eyni zamanda avtomobillərin güzgülərindən düzgün istifadə qaydaları izah olunub.

Həmçinin üfüqi nişanlanma olmayan yollarda sürücülərin necə davranmalı olduqları və dairəvi hərəkət təşkil olunmuş yol sahələrində daxilolma və çıxma qaydaları müzakirə olunub.

Podkastın qonağı yol hərəkəti qaydaları üzrə ekspert Aqil Rəhimovdur.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.