Bu il Bakı Dövlət Universitetinin (BDU) İlahiyyat fakültəsinə tələbə qəbulu dayandırılmayıb.
teref.az-nun Report-a istinadən məlumatına görə, bu barədə BDU-nun Mətbuat və informasiya şöbəsindən məlumat verilib. Qeyd olunub ki, fakültənin bakalavr və magistratura səviyyəsinin müvafiq ixtisaslarına qəbul davam edir.
“Report”un əldə etdiyi məlumata görə, 2017/2018-ci tədris ilində BDU-nun İlahiyyat fakültəsinin Dinşünaslıq ixtisasına bakalavr səviyyəsi üzrə plan yeri ayrılmayıb. Lakin adıçəkilən ixtisas üzrə magistr pilləsinə qəbul olacaq.