Bakıda ərəb turistə 40 min `atdılar`

6-08-2017, 17:15           

Birləşmiş Ərəb Əmirliklərindən Bakıya səfərə gələn turistə külli miqdarda pul “atıblar”.

teref.az Lent.az-a istinadən xəbər verir ki, bu günlərdə Dubaydan Bakıya gələn BƏƏ vətəndaşı, 1964-cü il təvəllüdlü Mohammad Almeri polisə şikayət ərizəsi ilə müraciət edib. O bildirib ki, Bakıya gəlmək qərarı verəndən sonra internet vasitəsi ilə buradakı turizm şirkətlərindən biri ilə əlaqə saxlayıb və Azərbaycanda tur üçün həmin şirkətin hesabına 40 min dirhəm keçirib. Lakin təyyarə ilə Bakıya gələn ərəb turisti burada qarşılayıb xidmət edən olmayıb.

Müraciət əsasında araşdırma aparılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.