Ağsuda canavarlar kəndə hücum edib, xəsarət alanlar var
7-08-2017, 08:33
Ağsu rayonunda canavarlar sakinlərlə hücüm edib.
"Report"un Şirvan bürosunun xəbərinə görə, hadisə ötən gün axsam saatlarında rayonun Padar kəndində baş verib.
Yırtıcıların sakinlərə hücumu nəticəsində həmin kəndin sakinləri - Həsrət Qurbanov və Fikrət Alıyev xəsarət alıblar. H. Qurbanov Agsu Rayon Mərkəzi Xəstəxanasına, digər yaralı F.Alıyev isə Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırlıb. Göyçayda xəstəxanaya yerləşdirilən yaralının vəziyyəti ağır olduğundan o, ilkin tibbi yardımdan sonra Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına göndərilib.
Agsu Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən H.Qurbanov dərhal əməliyyat olunub. Xəstəxanadan "Report"a bildiriblər ki, hazırda xəstənin otra ağırdır, lakin o, beş saat əməliyyatda qalıb. Onun baş, üz və qulaq nahiyəsində ciddi xəsarətləri var. Xəstə üçün lazımi tibbi tədbirlər görülüb və ona quduzluga qarşı peyvənd vurulub.
Kənd sakinlərinə xəsarət yetirən canvarlardan biri sakinlər tərəfindən öldürülüb, rayonun baytarlıq idarəsinin əməkdaşı əraziyə baxış kecirib.
Qeyd edək ki, canavarların həmin kəndə hücüm ilk dəfə deyil. Yırtıcılar bundan öncə də kəndə hücüm edərək 3 sakinə xəsarət yetirib.