“Ağsaray” şadlıq sarayında KÜTLƏVİ ZƏHƏRLƏNMƏ

7-08-2017, 08:46           
“Ağsaray” şadlıq sarayında KÜTLƏVİ ZƏHƏRLƏNMƏ
Mingəçevirdə 10 nəfər şənlik iştirakçısında mədə pozğunluğu baş verib. Hadisə şəhərin Energetik yaşayış massivində yerləşən “Ağsaray” şadlıq sarayında qeydə alınıb. Toy məclisində qəbul edilmiş keyfiyyətsiz qidadan mədə pozuntusu keçirən 10 nəfər qonaq ağır vəziyyətdə Mingəçevir şəhər xəstəxanasına çatdırılıb.Halsız durumda olan xəstələrə tibbi yardım göstərilib. Baş vermiş hadisə ilə bağlı GEM-in yerli şöbəsinin əməkdaşları təcili “Ağsaray” şadlıq sarayına, ardınca xəstəxanaya baş çəkib. GEM-in baş həkimi Əbil Ağayev məclisdə qidaların qəbuluna müvəqqəti yasaq qoyduqlarını deyir: “Həm şadlıq sarayından, həm də xəstələrdən analiz nümunələri götürmüşük. Ən qısa zamanda labarator anlizlərdən keçirərək hadisənin nədən qaynaqlandığını müəyyən edəcəyik. Hələlik isə bu qənaətdəyik ki, keyfiyyətsiz qida qastrit,yəni mədə pozğunluğu yaradıb.” Faktla bağlı araşdırmalar davam etdirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru