ABŞ-da təyyarə burulğan zonasına düşdü: 10 yaralı

7-08-2017, 08:58           
ABŞ-da təyyarə burulğan zonasına düşdü: 10 yaralı
ABŞ-da "Amerikan Eyrlayns" şirkətinin təyyarəsinin burulğan zamanı enişi zamanı 10 sərnişin xəsarət alıb.

Report-un məlumatına görə, bu barədə "CBS" hava şirkətinin nümayəndəsinə istinadən xəbər verib. Xəbərdə bildirilir ki, Afinadan Filadelfiyaya uçan təyyarə eniş zamanı güclü burulğan zonasına düşüb. Nəticədə 3 sərnişin və 7 ekipaj üzvü xəsarət alıb.

Onlar tibbi yoxlamaya göndəriliblər. Yaralıların səhhəti barədə məlumat verilmir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru