Azərbaycanlılarla çeçenlər arasında dava - Ölən və yaralılar var

7-08-2017, 19:25           
Azərbaycanlılarla çeçenlər arasında dava - Ölən və yaralılar var
Moskva vilayətinin Zelenoqrad inzibati dairəsində azərbaycanlılarla çeçenlər arasında kütləvi dava olub.

Hadisə təxminən səhər saat 5-də çeçenlərin travmatik silahdan atəş açması ilə başlayıb. Toqquşma nəticəsində üç çeçen bıçaq yarası alıb, onlardan biri sonradan xəstəxanada keçinib.

Məlumata görə, münaqişə məişət zəminində yaşanıb. Qarşıdurmadan sonra hadisə yerindən uzaqlaşan azərbaycanlılar çox keçmədən polis tərəfindən saxlanılıb. Avtomobildə 27-32 yaş arası 4 nəfər şəxs olub. Onların üzərinə və avtomobilə baxış zamanı 4 bıçaq, elektroşoker və tapança aşkar edilərək götürülüb.
İstintaq Komitəsinin paytaxt üzrə Baş İdarəsindən məlumat veriblər ki, insan ölümü ilə əlaqədar Rusiya Cinayət Məcəlləsinin 111-ci maddəsinin 4-cü bəndi üzrə (ölümlə nəticələnən ehtiyatsızlıq səbəbindən qəsdən sağlamlığa ağır zərər vurma) cinayət işi açılıb.(Report)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru