Erməni hərbi qulluqçunun vəhşicəsinə döyülməsi gizlədilir
28-08-2017, 20:20
Avqustun 27-də işğal edilmiş Ağdərə istiqamətində yerləşən Ermənistan ordusunun təlim mərkəzində insident baş verib. Poliqonun hərbi qulluqçusu Artur Bağdasaryan xidmət yoldaşları tərəfindən vəhşıcəsinə döyülüb .
AFN erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistanın sosial şəbəkə istifadəçiləri məlumat yayıblar. Üzərində çoxlu döyülmə izləri olmasına və müxtəlif dərəcəli bədən xəsarətləri almasına baxmayaraq komandiri A. Bağdasaryanın hospitala yerləşdirilməsinə icazə verməmiş və baş vermiş olayın gizlədilməsi üçün lazım olan bütün tədbirlər görülüb. Kazarmada müxtəlif bəhanələrlə saxlanılan hərbi qulluqçunun sağalana qədər valideyinləri ilə görüşməsinə də imkan verilmir.
Qeyd edək ki, Ermənistan ordusunun işğal edilmiş ərazilərimizdə yerləşən hissələrində son iki ay ərzində 10-dan çox nizamnamədən kənar münasibətlər zəminində cinayət hadisəsi baş vermişdir. Belə hadisələr zaman ən çox xəsarət alanlar isə gənc əsgərlər, xusisilə də Ermənistandan Qarabağa gətirilənlərdir.