Şəmkirdə narkomanlar xəstəxanaya basqın edərək soyğunçuluq törədiblər

6-09-2017, 08:54           
Şəmkirdə narkomanlar xəstəxanaya basqın edərək soyğunçuluq törədiblər
Şəmkirdə narkotik maddələrin təsiri altında olan şəxslər xəstəxanaya basqın ediblər.
"Report"un Qərb bürosunun məlumatına görə, şəxsiyyətləri hələ ki, məlum olmayan 4 nəfər Şəmkir Rayon Mərkəzi Xəstəxasının Travmatologiya şöbəsinə gələrək orada hay-küy salıblar. Onlar, həmçinin xəstələrə və yaxınlarına təzyiq göstərərək xuliqanlıq ediblər.
Narkotik maddələri təsiri altında olan şəxslər həmin şöbədə işləyən İlhamə adlı tibb bacısının 600 manat dəyərində olan mobil telefonunu da otaqdan götürərək hadisə yerindən uzaqlaşıblar.
Xəstəxana əməkdaşlarının sözlərinə görə, bu cür faktlar xəstəxanada tez-tez baş verir.
Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru