İngilis qız ölümü ilə 8 nəfəri xilas etdi

9-09-2017, 08:45           
İngilis qız ölümü ilə 8 nəfəri xilas etdi
Böyük Britaniyada yaşayan 13 yaşlı qız öz orqanları ilə 8 adamın həyatını xilas edib. Bu barədə BBC News xəbər verib. Cemayma Layzel adlı qız beynindəki qan damarlarında yaranan problemə görə xəstəxanaya aparılıb. Bustol şəhərindəki xəstəxanada həkimlər qızın dərdinə əlac edə bilməyiblər. Dörd gün sonra qız dünyasını dəyişib. Onun ürəyi, bağırsağı və ağciyəri dörd xəstəyə köçürülüb. Böyrəkləri isə bölünərək, iki pasient arasında paylaşdırılıb. Onun qaraciyəri isə ehtiyacı olan iki nəfərə paylaşdırılıb.


Britaniyanın səhiyyə xidməti məlumat yayıb ki, Layzel ölkədə çoxlu sayda insana orqan verən donor kimi tarixə düşüb. Orta hesabla bir insanın orqanları 2.6 transplantasiya üçün keçərli olur. Qızın valideynləri isə iddia edir ki, Cemayma avtomobil qəzasında dünyasını dəyişən ailənin yaxını ilə danışandan sonra donor olmağa qərar verib. Həmin şəxs donor kimi qeydiyyatdan keçsə də, ölüm şərtləri ucbatından orqanları istifadə olunmamış olaraq qalıb. Mart ayında isə xəbər yayıldı ki, beynəlxalq qadınlar bayramı olan 8 mart tarixində İtaliya sakini olan 48 yaşlı bir qadına 52 yaşlı sevgilisinin böyrəyi köçürülüb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.