Aeroport yolunda dəhşətli qəza (VİDEO 18+)

11-09-2017, 12:48           

Bu gecə saat 00:20 radələrində şəhərdən aeroport istiqamətinə, “Razin” adlanan qəsəbəyə gedən yol ayrıcında avtomobil piyadanı vurub. “Bizimxeber” ölkə.az-a istinadən xəbər verir ki, 99-DF-602 dövlət qeydiyyat nişanlı, “Mitsubishi” markalı cip avtomobili 40-45 yaşlarında kişini yoldan keçərkən vurub.
Hadisə yerinə təcili tibbi yardım maşını gəlsə də, piyadanın həyatını xilas etmək mümkün olmayıb. Vurulan şəxs zərbədən hadisə yerindəcə keçinib.

Əraziyə Dövlət Yol Polisi əməkdaşları gəlib. Sürücü saxlanılıb.

Qeyd edək ki, piyadanın vurulduğu yerdə üst piyada keçidi mövcuddur.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru