Bakıda 3 qadını avtomobil vurub

13-09-2017, 09:18           
Bakıda 3 qadını avtomobil vurub
Bakıda 3 qadını avtomobil vurub.
"Report" xəbər verir ki, piyada vurulması ilə nəticələnən hadisələr Nizami, Sabunçu, Xəzər rayonlarında qeydə alınıb.
Belə ki, Nizami rayonu ərazisində, metronun "Koroğlu" stansiyasının yaxınlığında yolu keçən Ələkbərova Ərkinaz Nağı qızını "Opel" markalı avtomobil vurub. Hadisəni törədən sürücü yaralını xəstəxanaya yerləşdirib. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirir.
Digər hadisə isə Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində qeydə alınıb.
Xəlilova Sevda Ağabəy qızı qəsəbə ərazisində yolu keçmək istəyərkən onu minik avtomobili vurub. Qadın xəstəxanaya yerləşdirilib.
Piyadanın xəsarət alması ilə nəticələnən daha bir hadisə isə Xəzər rayonunun Mərdəkan qəsəbəsində qeydə alınıb. 1964-cü il təvəllüdlü Abdullayeva Mülayim Əsgər qızı yolu keçərkən onu minik maşını vurub.
Yaralı xəstəxanaya yerləşdirilib.
Hər üç faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru