Tanker qəzaya uğradı: 5 nəfərdən xəbər yoxdur

13-09-2017, 14:24           
Tanker qəzaya uğradı: 5 nəfərdən xəbər yoxdur
Sinqapur sularında İndoneziyaya məxsus tanker dənizdən qum çıxaran xüsusi qurğu ilə təchiz edilmiş gəmi ilə toqquşub.

teref.az Trend-ə istinadən xəbər verir ki, insident nəticəsində 5 nəfər dəniz sularında qərq olub. Sinqapur Dəniz və Liman Administrasiyasının yaydığı məlumatda bildirilir ki, gəmi Dominikan Respublikasında qeydiyyatdan keçib, göyərtəsində 11 Çin və Malayziya vətəndaşı olub. İtkin düşənlərdən isə 4 nəfərin Çin, 1 nəfərin Malayziya vətəndaşı olduğu bildirilir.

Məlumata görə, gəmi tanker Sinqapur limanını tərk edərkən toqquşub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru