İŞİD-ə bahalı maşınlar satıb pul qazanan azərbaycanlı HƏR ŞEYİ ETİRAF ETDİ
13-09-2017, 18:09
Yaxın Şərq ölkələrindən Ədalət Qənbərovun hesabına 7 milyon vəsait köçürülüb
Suriyada İŞİD terrorçu qruplaşmasının simvoluna çevrilmiş və “cihad mobil” adı verilən maşınların bir hissəsinin Rusiyadan alınaraq Suriyaya göndərildiyi məlum olub. teref.az - nun Baku.ws–ə istinadən məlumatına görə, Rusiya xüsusi-xidmət orqanlarının əməliyyatı nəticəsində İŞİD avtomobillərin göndərilməsində iştirak edən azərbaycanlı da tutulub. Rusiya KİV-i yazır ki, bir müddətdir ki, xüsusi-xidmət orqanları terrorçulara kömək edənləri izləyirdi.
Məlum olub ki, bütün dünyada olduğu kimi Rusiyada da casusları olan İŞİD avtomobil ticarətindən pul qazanmaq istəyən şəxsləri taparaq bahalı cipləri satın alırlar. Sığortalı avtomobillərə qaydalara uyğun olaraq peyk izləmə sistemləri quraşdırılır. Ancaq bu maşınlar salondan çıxarılandan sonra izləmə cihazı sökülüb yerli avtomobillərdən birinə yerləşdirilir. Bu yolla bir neçə ay avtomobili izləyənləri aldadılır. Həmin müddət ərzində isə maşınlar Rusiyadan çıxarılaraq Ukrayna, Rumıniya, Bolqarıstan və Türkiyədən keçirilərək Suriyaya çatıdırılır. Avtomobili adına alınan şəxs isə daha sonra hüquq-mühafizə orqanlarına müraciət edərək avtomobolinin oğurlandığı şikayətini edir.
Rusiya xüsusi-xidmət orqanları azərbaycanlı Ədalət Qənbərovu izləyərək terrorçuların əməlinin üstünü açıblar. Belə ki, cip satın alan Ə.Qənbərov bir neçə ay sonra polisə maşınının oğurlandığını deyib. Şikayətdən sonra hüquq-mühafizə orqanlarının əməkdaşları azərbaycanlının bank hesabını nəzarətə götürüb. Məlum olub ki, Yaxın Şərq ölkələrindən Ə.Qənbərovun hesabına 7 milyon rubl (206 500 AZN) vəsait köçürülüb.
Azərbaycanlı dərhal saxlanılıb və ifadəsi alınıb. Ə.Qənbərov pul qazanmaq üçün bu yola əl atdığını etiraf edib. İstintaq zamanı onun Suriyaya 15 maşın göndərdiyi məlum olub.