Bakıda sensasion hadisə: 10 yaşlı qızın ağzını bağlayıb 9-cu mərtəbədən atıblar –İddia+ VİDEO

14-09-2017, 23:37           

Paytaxtın Binəqədi rayonunda qəribə hadisə olub. 10 yaşlı uşağın 9-cu mərtəbədən atıldığı iddia olunur.

Hadisə avqustun 26-ı axşam saatlarında Rəsulzadə qəsəbəsində baş verib.

10 yaşlı Aytən Mehdiyeva deyir ki, naməlum 1 kişi və 1 qadın onun ağzına keyləşdirici ilə isladılmış parça tutaraq evin qapısının ağzından götürüb 9-cu mərtəbəyə çıxarıblar. Yuxarı çıxan zaman o, anlaqlı vəziyyətdə olub.

Zərərçəkmişin sözlərinə görə, müqavimət göstərməsinə baxmayaraq, onu 9-cu mərtəbədən aşağı atıblar. Uşaq 1 saylı Şəhər Kiliniki Xəsətəxanasının cərrahiyə şöbəsinə çatdırılıb. Həkimlər onun həyatını xilas edə biliblər.

Uşağın atası Zaur Mehdiyev deyir ki, düşmən münasibətində olduğu heç bir adam yoxdur.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsində cinayət işi başlanıb, araşdırmalar aparılır/XezerTV.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru