Azərbaycan nefti bahalaşmaqda davam edir

15-09-2017, 08:41           
Azərbaycan nefti bahalaşmaqda davam edir
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 13-də 57,63 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,73 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 13-də 56,88 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,71 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti sentyabrın 13-də 52,77 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu da əvvəlki qiymətdən 0,67 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti isə sentyabrın 13-də 55,86 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,83 dollar/barel çoxdur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.