Ukraynada daha bir azərbaycanlı iş adamının övladı oğurlandı

15-09-2017, 19:35           
Ukraynada daha bir azərbaycanlı iş adamının övladı oğurlandı
Ukraynanın Xarkov şəhərində azərbaycanlı iş adamı Elşən Bağırovun 21 yaşlı oğlu naməlum şəxslər tərəfindən oğurlanıb.

Report xəbər verir ki, Donetsk vilayətinin Ukraynanın nəzarətində olan hissəsində yaşayan azərbaycanlı iş adamının oğlu Xarkova dostları ilə gəzməyə gələrkən oğurlanıb.
İş adamından oğlunun azad olunması üçün külli miqdarda pul tələb olunur. E. Bağırov Donetsk və Xarkovda bir neçə restoranın sahibidir.
Xatırladaq ki, son bir ildə Ukraynada 20-dən çox azərbaycanlı iş adamı, yaxud da övladları oğurlanıb. Onların əksəriyyəti ailələrinin ödədiyi pul müqabilində azad olunub. Azərbaycanlıları bununla bağlı Ukrayna hüquq mühafizə orqanlarına müraciət etsələr də, oğurluqları həyata keçirənlərdən indiyə qədər heç kim aşkarlanmayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.