Tofiq Zülfüqarov piyadanın ölümünə səbəb oldu – Qəza

16-09-2017, 13:50           
Tofiq Zülfüqarov piyadanın ölümünə səbəb oldu – Qəza
Bakı şəhəri, Xətai rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Report-un xəbərinə görə, piyada Uğur Vəliyev naməlum avtomobilin sürücüsü tərəfindən vurulub və o, hadisə yerində ölüb.

Hüquq-mühafizə orqanlarının araşdırması nəticəsində piyadanın əvvəlcə Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarovun idarə etdiyi “Mersedes” markalı avtomobilin yan güzgüsü ilə vurulduğu, daha sonra piyadanın üstündən Rasim Əskərovun idarə etdiyi “Ford” markalı yük maşınının keçdiyi məlum olub.

Polis faktla bağlı araşdırma aparır.

Məsələ ilə bağlı T.Zülfüqarovdan münasibət öyrənmək mümkün olmayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.