22 yaşlı qadın körpəsi ilə birgə yoxa çıxdı – VİDEO

17-09-2017, 00:12           

22 yaşlı qadın körpəsi ilə birgə yoxa çıxıb.
Turkustan.info Xezerxeber.az-a istinadən məlumat verir ki, Sumqayıt şəhər sakini Xanım Aslanova 8 aylıq körpəsi ilə birlikdə sentyabrın 4-də ər evindən ata evinə qayıdıb. Elə həmin gündən də yoxa çıxıb.
Xanım Aslanova 4 ildir ki, ailəlidir. Evlilikdən bir qız və bir oğlan övladı var. Valideynləri qızlarının tezliklə geri qayıdacaqlarına inandıqlarını deyirlər.
Məsələ ilə bağlı itkin qadının həyat yoldaşı Tural Aslanovla telefon əlaqəsi saxladıq. O bildirdi ki, həyat yoldaşı ilə aralarında heç bir problem olmayıb. Həmişəki kimi normal qaydada atası evinə gedib və oradan da yoxa çıxıb. Özü də hər kəs kimi elə o vaxtdan axtarışdadır.
22 yaşlı Xanım Aslanovanın itkin düşməsi ilə bağlı hüquq-mühafizə orqanlarına da məlumat verilib. Onun tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru