Biləsuvarın baş həkimin oğlu “Lexus”la adam öldürdü

18-09-2017, 18:56           
Biləsuvarın baş həkimin oğlu “Lexus”la adam öldürdü
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. teref.az-nun məlumatına görə, Nərimanov rayonunda “Lexus” markalı, 90 SD 908 dövlət nömrə nişanlı avtomobil yolu keçmək istəyən 30 yaşlı kişini vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Report-un yazdığına görə, maşının sürücüsü Mehdizadə Toğrul Nizami oğlu olub. T.Mehdizadə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Nizami Mehdizadənin oğludur.

N.Mehdizadə baş həkim vəzifəsinə bu ilin iyun ayında təyin edilib. Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində cinayət işi başlanılıb və sürücü saxlanılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru