Moskvada öldürülən azərbaycanlının kimliyi məlum olub - VİDEO

19-09-2017, 08:28           
Moskvada öldürülən azərbaycanlının kimliyi məlum olub - VİDEO
Moskvada odlu silahdan açılan atəş nəticəsində öldürülən azərbaycanlının kimliyi məlum olub.

APA-nın REN TV-yə istinadən verdiyi xəbərə görə, bu, qara və əlvan metalların alışı və satışı ilə məşğul olan iş adamı, 49 yaşlı Rəhman Əliyevdir.

Şahidlərin sözlərinə görə, R.Əliyev avtomobilini Xarkov keçidində saxlayaraq yaxınlıqda yerləşən anbarlara tərəf gedib. Bir neçə güllə yarası alan R.Əliyev hadisə yerində keçinib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

***

23:26

Moskvada Azərbaycan vətəndaşı güllələnərək öldürülüb.

APA-nın xəbərinə görə, bu barədə RİA Novosti agentliyinə hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

Hadisə bu gün Moskvanın cənubunda baş verib. “Azərbaycan vətəndaşı yaxın məsafədən açılan atəş nəticəsində ölüb. Qətlin əvvəlcədən planlaşdırıldığı güman edilir. Hazırda sifarişli qətl versiyası nəzərdən keçirilir”, mənbə bildirib.

Moskva üzrə Daxili İşlər Nazirliyi Baş İdarəsindən faktı təsdiqləsələr də, hadisənin detallarını açıqlamayıblar.
[media=https://www.youtube.com/watch?v=aUy8qVqksgk]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru