Poroşenko: “ABŞ Ukraynaya 500 milyon dollar dəyərində hərbi yardım ayırıb”

19-09-2017, 08:30           
Poroşenko: “ABŞ Ukraynaya 500 milyon dollar dəyərində hərbi yardım ayırıb”
ABŞ Senatının qəbul etdiyi büdcə layihəsi Ukraynaya 500 milyon dollar dəyərində hərbi yardımın ayrılmasını nəzərdə tutur.

APA-nın xəbərinə görə, bunu Ukrayna prezidenti Petro Poroşenko özünün “Feysbuk” səhifəsində yazıb.

O qeyd edib ki, sənədlə rəsmi Kiyevə müdafiə xarakterli letal (öldürücü) silahların verilməsi təsdiqlənib.

Qeyd edək ki, bu gün ABŞ Senatı milli müdafiə xərclərinə dair 700 milyard dollarlıq büdcə layihəsini səs çoxluğu ilə qəbul edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru