Makdonaldsın kassiri işdə doğdu və UŞAĞI UNİTAZA ATDI
19-09-2017, 11:27
25 yaşlı Sara Ceyn Lokner Redvud-City şəhərində yerləşən Makdonalds restoranında kassir işləyirdi.
Publika.az bildirir ki, gecə növbəsinə çıxan qadının halı pisləşir, o, mədəsində kəskin ağrılar hiss edirdi. Bu barədə Fox25 Boston xəbər yayıb.
Sara bir neçə dəfə restoran əməkdaşları üçün nəzərdə tutulmuş tualet otağına qaçır. Əməkdaşlardan biri onun uzun müddət tualetdən çıxmamasının səbəbini öyrənmək üçün ayaqyoluna gedir və döşəmədə qan izləri aşkar edir.
Lokner bəraət qazanmağa çalışır ki, onda menstruasiya günüdür, qan da bu səbəbdəndir.
Şübhəli əməkdaşlar kabinaya girəndə, gözlərinə inanmırlar – orada, unitazın içində suya atılmış yeni doğulmuş körpə görürlər. Lokner şahidlərə polisə zəng etməmələri üçün yalvarır və əsaslandırır ki, hamiləliyə hazır olmadığı üçün qorxudan belə edib. Məlum olub ki, Lokner dərman içərək vaxtından əvvəl uşaqdan yaxa qurtarmağa çalışırmış.
Əməkdaşlar ona qulaq asmırlar. Polis gələrək dərhal körpəni xəstəxanaya yerləşdirir. Həkimlərin rəyinə görə, doğuşdan sonra oksigen çatışmazlığı yaşayan körpənin gələcək sağlamlığı şübhə altındadır. Hazırda isə uşaq xəstəxanada sabit vəziyyətdədir.
Lokner isə uşaqla qəddar rəftar və ona bədən xəsarətləri yetirməkdə ittiham edilərək həbs edilib. Onun zaminliyə buraxılması üçün 11 milyon dollar girov təyin edilib.