İraqda kafedə baş vermiş partlayışda 11 nəfər həlak olub

12-10-2017, 08:26           
İraqda kafedə baş vermiş partlayışda 11 nəfər həlak olub
İraqda kafedə baş vermiş partlayışda 11 nəfər həlak olub.
“Report” xəbər verir ki, bu barədə “Associated Press” yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Xəbərdə bildirilir ki, hadisə Ənbar vilayətinin Hit şəhərində baş verib. Partlayış zamanı həmçinin daha 15 nəfər xəsarət alıb.
Parlayıcı qurğu kamikadze tərəfindən işə salınıb. Həlak olanların və xəsarət alanların hamısı dinc sakinlərdir.
İraqın təhlükəsizlik qüvvələri vilayətin qərbində İŞİD terror qruplaşmasına qarşı əməliyyat keçirir. Hit hərbi əməliyyat meydanından təxminən 160 kilometr məsafədə yerləşir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru