Yusif Alıyev Elm və innovasiyalar şöbəsinin müdiri vəzifəsinə təyin edilib

12-10-2017, 15:46           
Yusif Alıyev Elm və innovasiyalar şöbəsinin müdiri vəzifəsinə təyin edilib
Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərovun əmri ilə fizika üzrə fəlsəfə doktoru, dosent Yusif Alıyev ADPU-nun Elm və innovasiyalar şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Gənc alimi kollektivə Elmi işlər üzrə prorektor, professor Asəf Zamanov təqdim etmişdir.

Qeyd edək ki, dosent Yusif Alıyev bundan qabaq 2002-2011-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi, ictimai əsaslarla mətbuat xidmət rəhbəri, 2011-2016-ci illərdə Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun təbiət elmləri kafedrasının müdiri, 2016-2017-ci illərdə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu Məzmun standartları və ixtisasartırma proqramları şöbəsinin baş mütəxəssisi, ictimai əsaslarla şöbə müdiri, 20.02.2017-05.09.2017-ci ildə 6 saylı Bakı Peşə Liseyinin direktoru və Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru vəzifəsini icra edən, 15.09. 2017-03.10.2017-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Fizika və texnologiya fakültəsinin “Texnologiya və onun tədrisi metodikası” kafedrasının dosenti vəzifələrində çalışıb.
















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.