Bakıda dəhşətli qəza: övladını qarşılamağa gedən ana… – VİDEO

18-10-2017, 23:24           
Bakıda dəhşətli qəza: övladını qarşılamağa gedən ana… – VİDEO
Bakıda dəhşətli yol qəzası baş verib.

BAKU.WS xəbər verir ki, Mətbuat prospekti, Həsən bəy Zərdabi küçəsi 68 ünvanında “Mercedes” markalı avtomobil yolu keçən 35-38 yaşlı qadını vurub.

Hadisə baş verən ərazidən 20-30 metr aralı piyada keçidi olmasına baxmayaraq, yolu keçən xanım ağır yaralanıb.

Hadisə şahidlərinin sözlərinə görə, o, uşağını bağçadan götürməyə gedirmiş.

Onun vəziyyətinin ağır olduğu bildirilir. Hadisə yerinə polis və Təcili tibbi yardım avtomobili cəlb edilib.

Həmin görüntüləri təqdim edirik:
[media=https://www.youtube.com/watch?v=ZmtxSSuDUNk]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru