Bakıda bıçaqlanma hadisəsi baş verib VİDEO

23-10-2017, 08:21           
Bakıda bıçaqlanma hadisəsi baş verib VİDEO
Bakının Nizami rayonu ərazisində 29 yaşlı kişini bıçaqlayıblar.

APA -nın məlumatına görə, hadisə metronun "Neftçilər" stansiyası yaxınlığında, Qara Qarayev prospektində olub.

Həmin ünvanda qarın nahiyəsindən bir bıçaq xəsarəti alan 1988-ci il təvəllüdlü Miriyev Əsəd Mircəfər oğlu təcili tibbi yardım maşını ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Məlumata görə, Ə.Miriyev taksidə olarkən bir nəfərlə mübahisə edib və nəticədə həmin şəxsin bıçaqlı hücumuna məruz qalıb. Hadisənin təfərrüatlarını 25-ci Polis Bölməsi araşdırır.

Qeyd edək ki, Ə.Miriyev Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əməkdaşıdır.[media=https://www.youtube.com/watch?v=8EOEcAc59Mk]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru