Gürcüstanda azərbaycanlıların yaşadığı kəndin seçki məntəqəsinə polis cəlb olunub

25-10-2017, 08:38           
Gürcüstanda azərbaycanlıların yaşadığı kəndin seçki məntəqəsinə polis cəlb olunub
Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunun Təzəkənd kəndində yerləşən 13 saylı seçki məntəqəsinə polis cəlb olunub.

APA-nın yerli bürosunun məlumatına əsasən, seçki məntəqəsində hakim “Gürcü Arzusu” və müxalif “Avropalı Gürcüstan” partiyasının nümayəndələri arasında qarşıdurma yaşanıb. Gərginliyə səbəb mobil seçki qutularının seçki məntəqəsinə gec çatdırılması ilə bağlı olub.

Məntəqədə olan “Avropalı Gürcüstan” partiyasının Marneuli rayon icra başçısı vəzifəsinə namizədi Əhməd İmamquliyev və hakim “Gürcü Arzusu” Partiyasının deputatı Tamaz Naveriani arasında insident olub. T.Naveriani Ə.İmamquliyevi təxribatçı adlandıraraq, onu süni gərginlik yaratmaqda ittiham edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru