Bakıda qadın qeyri-rəsmi nikahda yaşadığı şəxs tərəfindən döyülərək öldürülüb

25-10-2017, 09:24           
Bakıda qadın qeyri-rəsmi nikahda yaşadığı şəxs tərəfindən döyülərək öldürülüb
Bakıda qadın qeyri-rəsmi nikahda yaşadığı şəxs tərəfindən döyülərək öldürülüb.
"Report" xəbər verir ki, qətl hadisəsi Sabunçu rayonunda baş verib.
Sabunçu Rayon Polis İdarəsindən (RPİ) "Report"a verilən məlumata görə, Bakıxanov qəsəbəsi, Əli Babayev küçəsi ev 3, mənzil 4 ünvanında yaşayan 1982-ci il təvəllüdlü Sadıqova Gülnarə Tarıs qızı qeyri-rəsmi nikahda yaşadığı 1968-ci il təvəllüdlü Şaqalıyev Fərhad Cənnət oğlu ilə mübahisə edib.
Mübahisə zamanı F.Şaqalıyev qadına təpiklə zərbələr vurub. Sonra isə qadının boğaz nahiyəsinə zərbələr endirib. G.Sadıqova sonuncu zərbədən sonra hadisə yerində dünyasını dəyişib.
F.Şaqalıyev Sabunçu RPİ-ə gedərək könüllü təslim olub.
Faktla bağlı cinayət işi başlanılıb.
Qeyd edək ki, F.Şaqalıyev hadisəni törədərkən sərxoş vəziyyətdə olub. O, G.Sadıqovanın üçüncü qeyri-rəsmi nikahda yaşadığı şəxsdir. G.Sadıqovanın bir azyaşlı oğlu var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru