Abşeron rayonunda isə qardaş bacsının evini qarət edib.
ARB TV xəbər verir ki, Xırdalan şəhərində yaşayan 35 yaşlı Pərvanə Haqverdiyeva Reyon Polis İdarəsinə müraciət edərək, evindən 8400 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.
Oğurluq baş verən mənzilə baxış keçirilərkən qapının və pəncərənin kilidlərinin sındırılmaması əməliyyatçılarda müəyyən şübhələr yaradıb. Polislər oğurluğun ailəyə yaxın adam tərəfindən törədildiyini ehtimal ediblər. Şikayətçi isə evində Yevlax rayonundan iş axtarmağa gələn qardaşı Pərvindən başqa kənar şəxsin qalmadığını deyib. Pərvin Haqverdiyev sorğu-sualın sonunda əməlini etiraf edib. 30 yaşlı şəxs baş verən hadisənin günahını şeytanda görüb.