Heç nədən yol qəzası belə olur - VİDEO

25-10-2017, 22:38           

Bu gün saat 17.30 radələrində Bakı-Sumqayıt yolunun "Avtovağzal" metrosu qarşısından keçən hissəsində "Mercedes" və "Lada Priora" markalı maşınların iştirakı ilə yol qəzası baş verib.

FaktXəbər-ə video-görüntünü təqdim edən sürücünün bildirdiyinə görə, hər iki maşın əvvəlcə arxadan yüksək sürətlə gəlib, onu keçməyə cəhd göstəriblər. Amma üçzolaqlı yolda, yəni Beynəlxalq Avtovağzalın qarşısındakı körpüdə sağ zolağa çıxmaq imkanı olmadığı üçün hərəkətini davam etdirib. Bundan 7-8 saniyə sonra isə yol artıq 4 zolaqlı olub və video-görüntünün qeydə alındığı avtomobil üçüncü zolaqda qalaraq hərəkətini davam etdirib. Ancaq ikinci zolaqla hərəkətdə olan "Lada Priora" markalı avtomobil qəfildən sağdan ötmə əməliyyatını icra edərək əvvəlcə üçüncü zolaqdakı avtomobil qarşısına, daha sonra isə bayaqdan yarışdığı və dördüncü zolaqda hərəkətdə olan "Mercedes" markalı avtomobil qarşısına çıxır və onunla toqquşur. Xoşbəxtçilikdən heç bir insan tələfatı və ciddi qəza hadsəsi baş vermir.

Ancaq bu cür sürücülərin kiçik həcmli cərimələrlə yaxa qurtarması gələcəkdə daha böyük qəzaların yaranmasına səbəb olur. Təəssüf ki, çirkli olduğu üçün qəzanın törənməsinə səbəb olan "Lada Priora" markalı avtomobilin dövlət qeydiyyat nişanı görünmür. Amma ümid edək ki, DYP bu qəzanın səbəbkarını araşdırmaq üçün elə də çətinlik çəkməyəcək.
[media=https://www.youtube.com/watch?v=CA-wNJAiZgg]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru