Xırdalanda polislə atışmada iki nəfər ölüb – FOTOLAR

26-10-2017, 08:56           
Xırdalanda polislə atışmada iki nəfər ölüb – FOTOLAR
Abşeron rayonunun Xırdalan şəhərində atışma baş verib. “Report” xəbər verir ki, Quşçuluq massivində iki nəfər şübhəli şəxs saxlanılan zaman hüquq-mühafizə orqanları əməkdaşlarına silahlı müqavimət göstərib. Nəticədə onların hər ikisi zərərsizləşdirilib. Onların üzərinə baxış zamanı silah-sursat aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
Bəzi iddialara görə, silahlı qarşıdurmada öldürülənlər xüsusilə ağır cinayətlərlə təqsirləndirilməklə həbs edilmiş və 23 oktyabr 2017-ci il tarixdə Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə etap olunarkən Biləcəri qəsəbəsi ərazisində qatardan qaçmış Etibar Ələkbər oğlu Məmmədov və Əli Rasim oğlu Ağami olduğu deyilsə də bu haqda heç bir rəsmi məlumat yoxdur.















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.