ABŞ hərbçiləri piratların hücumuna məruz qalmış İran dənizçilərinə yardım edib

26-10-2017, 09:15           
ABŞ hərbçiləri piratların hücumuna məruz qalmış İran dənizçilərinə yardım edib
ABŞ-ın hərbi donanması piratların hücumuna məruz qalmış İran dənizçilərinə yardım edib.

APA-nın xəbərinə görə, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin açıqlamasında deyilir.

“Oktyabrın 24-də ABŞ Hərbi Dəniz Qüvvələri Yəmənin Sokotra adası yaxınlığında piratların hücumuna məruz qalmış İran balıqçı gəmisinə yardım göstərib”, məlumatda deyilir.

Açıqlamada həmçinin bildirilir ki, İran Sahil Mühafizəsi hücumla bağlı ABŞ Hərbi Dəniz Qüvvələrinin Baş Komandanlığına müraciət edərək onlardan yardım istəyib. Hadisə yerinə ABŞ-ın “Howard” və Yaponiyanın “Amagiri” eskadra mina gəmiləri (esminesləri) cəlb edilib. ABŞ gəmisinin heyəti üç iranlı dənizçiyə tibbi yardım göstərib və qida ilə təmin edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru