Ermənistan ordusunda silah-sursat satmaq istəyən 2 hərbi qulluqçu həbs edildi

26-10-2017, 19:36           
Ermənistan ordusunda silah-sursat satmaq istəyən 2 hərbi qulluqçu həbs edildi
Bu günlərdə sosial şəbəkələrdə Ermənistan ordusunda silah-sursat satmaq istəyən 2 hərbi qulluqçunun həbs edildiyi barədə məlumat yayılıb.

Virtualaz.org xəbər verir ki, məlumatı yayanın bildirdiyinə görə, onun yaxın qohumu, Azərbaycanın işğal olunmuş Xocavənd rayonu istiqamətində hərbi xidmətdə olan Karen Nuricanyan həbs edilib.

Məlum olub ki, K.Nuricanyan hərbi hissədən oğurladığı silah-sursatları ovçuluqla məşğul olan yerli sakinlərə satarkən həbs edilib. Cinayət məsuliyyətinə cəlb edilən K. Nuricanyan izahatında bu işi zabitlərin tapşırığı ilə etdiyini bildirib.

Oktyabrın 19-da isə döyüş postunda növbədə olarkən oğurladığı əl qumbaralarını satmağa cəhd edən başqa bir hərbi qulluqçunun da həbs edildiyi məlum olub. Hələlik adı gizli saxlanılan hərbi qulluqçunun başqa oğurluq hadisələrində əlinin olub-olmadığı Ermənistan Müdafiə Nazirliyinin istintaq idarəsi tərəfindən araşdırılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru