Soldan sağa hücum – Nömrəsində A hərfi olan daha bir sürücü – VİDEO

3-11-2017, 13:09           

Manevr qaydalarını pozaraq təhlükə yaradan belə sürücülər çoxdur
Oktyabrın 24-də paytaxtın Moskva prospektində təhlükəsizlik kamerasının altında qaydaları pozan sürücünün görüntüləri Avtosfer.az-ın kamerasına düşüb. 99-AN-225 qeydiyyat nişanlı "Hyundai" markalı avtomobilin sürücüsü Moskva prospektinin sol zolağıyla hərəkətdə okarkən düz xəttin tələbini və hərəkət sürətini aşaraq soldan qəfil sağa keçərək “20 Yanvar” metrostansiyası istiqamətinə gedib. Sürücü törətdiyi bu qayda pozuntusuna görə 40 manat məbləğində cərimə oluna bilər.
Qeyd edək ki, sürücülərin əksəriyyəti qeyd etdiyimiz yolun həmin hissəsində həm hərəkət sürətini aşırlar, həm də 1.1 xəttinin tələbini pozurlar. Moskva prospektinin şəhərə doğru olan hissəsində hərəkət sürəti 60 km/saat sürətdir.
[media=https://www.youtube.com/watch?v=YJok-VOljkg]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru