Vasim Məmmədəliyevin gözləri əməliyyat edildi

3-11-2017, 18:09           

Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar elm xadimi, “Şöhrət” ordenli şərqşünas alim Vasim Məmmədəliyev əməliyyat olunub.

Bu barədə V.Məmmədəliyev Modern.az-a məlumat verib.

Alimin sözlərinə görə, o, hər iki gözündən əməliyyat edilib və həkim nəzarəti altındadır. V.Məmmədəliyev həmçinin qeyd edib ki, bir neçə gün gün işığına çıxa bilməz.

Qeyd edək ki, şərqşünas-alim həm də Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin dekanı, Qafqaz Müsəlmanları İdarəsinin Elmi-Dini Şuranın sədridir. O, mərhum akademik Ziya Bünyadov ilə birgə sovet rejimi dövründə Qurani-Kərimi ilk dəfə Azərbaycan dilinə tərcümə edib. İlk dəfə 1991-ci ildə işıq üzü görmüş bu tərcümə indiyə qədər müxtəlif illərdə 10 dəfə nəşr olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru