Məktəbdə şagirdlər arasında düşən davanın təfərrüatları - RƏSMİ

3-11-2017, 18:22           

214 nömrəli tam orta məktəbdə şagirdlər arasında dava düşüb.

Məlumata görə noyabrın 2-də tənəffüs zamanı 7a sinif şagirdləri Neman Fərzəliyev və Əkbər Məmmədli yaranan mübahisə davaya səbəb olub

Cebhe.info xəbər verir ki, bu haqda məktəbdən Bakı Şəhəri üzrə Təhsil İdarəsi verilən məlumat verilib. Bildirilib ki, dava nəticəsində Əkbər Məmmədlinin qasıq hissəsində kəskin ağrılar yaranıb.

Məktəb rəhbərliyi tərəfindən təcili tibbi yardım çağırılıb.

Qeyd edək ki, hər 2 şagird fiziki cəhətdən aktiv uşaqlardır. Onların bundan öncə də mübahisə etdikləri müşahidə olunub. Tərbiyə işləri üzrə direktor müavini, məktəbin praktik psixoloqu və sinif rəhbəri həmin şagirdlərlə müntəzəm olaraq tərbiyəvi iş aparır və psixoloji yardım edirlər. Şagirdlərin münasibətlərinin tənzimlənməsi istiqamətində müvafiq işlər davam etdirilir.

Hadisə barədə şagirdlərin valideynləri dərhal məlumatlandırılıb, onlarla müvafiq söhbət aparılıb və zəruri tövsiyələr verilib.

Noyabrın 3-də hər iki şagird məktəbə gəlib və dərs məşğələlərində iştirak ediblər.

Hazırda Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən müvafiq araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru