“Kor Hüseyn” həbs olundu - Lənkəranskinin dəstəsinə növbəti zərbə

4-11-2017, 09:36           

51 yaşlı “vorzakon”un üzərindənkülli miqdarda “metadon” və kokain aşkarlanıb
Çeçenistanın paytaxtı Qroznı şəhərində Şimali Qafqaz Federal Dairəsinin hüquq-mühafizə orqanları “Kor Hüseyn” ləqəbli “qanuni oğru” Hüseyn Əhmədovu həbs ediblər. “Qafqazinfo”nun “Praym Kraym” informasiya agentliyinə istinadən verdiyi məlumata görə, 51 yaşlı “vorzakon”un üzərində külli miqdarda narkotik vasitələr – “metadon” və kokain aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanıb.
Qeyd edək ki, “Kor Hüseyn” Çeçenistanın kriminal aləmində ən məşhur və ən yaşlı (təcrübəsinə görə) “qanuni oğru”lardan biri hesab olunur. 80-ci illərdə bu “işə” başlayan Əhmədov 6 dəfə həbs olunub. “Kor Hüseyn” Rövşən Lənkəranskinin ən yaxın adamlarından olub. O, Türkiyədə Rövşən öldürüldüyü günə qədər onun yanında olub. Lənkəranskinin qətlindən sonra İstanbulu tərk edərək Çeçenistana qayıdıb.



















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru