Eldar Mahmudovun əmisi oğlunun HƏBS SƏBƏBİ

4-11-2017, 16:24           

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun həbs edilən əmisi oğlu və köməkçisi Vüqar Mahmudovun hansı maddələrlə ittiham edildiyi bəlli olub.

teref.az qafqazinfo-ya istinadən xəbər verir ki, V.Mahmudov Cinayət Məcəlləsinin 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə; ağır nəticələrə səbəb olduqda), 313-cü (Vəzifə saxtakarlığı), 179-cu (mənimsəmə) və 182-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham edilib.

Onun barəsində cinayət işinin istintaqını Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi aparır.
V.Mahmudov barəsində dünən Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru