Pakistanda qardaşına görə qızı çılpaq şəkildə kənddə qovdular

4-11-2017, 21:20           

Pakistanda polis qardaşın hərəkətlərinə görə onun bacısını çılpaq şəkildə kənddə gəzməyə məcbur edən səkkiz nəfəri saxlayıb.

Bu barədə The Independent nəşri yazır.

Hayber-Paxtunhva vilayətində yerli sakinlər su dalınca gələn 16 yaşlı qızı soyunduraraq bir neçə saat ərzində küçələrdə gəzməyə məcbur ediblər.

Nəşr bildirir ki, bununla kənd sakinləri üç il əvvəl onların qohumu ilə görüşən qızın qardaşından qisas almaq istəyiblər.

Kənd Şurasının qərarı ilə, qızın qardaşı kompensasiya ödəyib, lakin qohumlar bu qərardan narazı qalıblar./oxu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru